TFF prezidenti Türkiyə - Azərbaycan matçına baxmayacaq
31.05.2009 - 22:48
TFF prezidenti Türkiyə - Azərbaycan matçına baxmayacaq
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mahmut Özgener Türkiyə və Azərbaycan milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq görüşünə baxmayacaq. Apasport.az saytının Kayseri şəhərinə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Özgener matç günü ölkə xaricində olacaq.

Belə ki, TFF rəhbəri FİFA-nın sayca 59-cu konqresində iştirak etmək üçün Baham adalarına yollanıb. O, iyunun 2-3-də FİFA-nın tədbirinə qatılacaq. Yığmamızın türklərlə görüşü də məhz iyunun 2-də Kayserinin “Kadir Has” stadionunda baş tutacaq.

Qarşıdakı yoldaşlıq görüşündə TFF-ni Özgenerin köməkçisi təmsil edəcək.
0