“Türkiyə ilə oyunda heç-heçə bizim üçün uğur sayılacaq”
01.06.2009 - 00:23
“Türkiyə ilə oyunda heç-heçə bizim üçün uğur sayılacaq”
“Türkiyə ilə oyunda heç-heçə bizim üçün uğur sayılacaq. Çünki biz səfərdə mübarizə aparacağıq”. Bu sözləri apasport.az saytının Kayseriyə ezam olunmuş xüsusi müxbirinə açıqlamasında Azərbaycan milli komandasının qapıçısı Fərhad Vəliyev deyib.

29 yaşlı futbolçu iyunun 2-də Türkiyə yığmasına qarşı Kayserinin “Kadir Has” stadionunda gerçəkləşəcək beynəlxalq yoldaşlıq görüşü barədə fikirlərini bölüşüb. O, “ay-ulduzlular”dan çəkinmədiklərini vurğulayıb: “Maraqlı, yaxşı oyun gözləyirik. Mövsümün sonu olmasına baxmayaraq, yığmamızda əhval-ruhiyyə yüksəkdir. Rəqib güclü komandadır Ancaq heç bir oyunçudan çəkinmirik. Əlimizdən gələni edib, azarkeşlərimizi uğurlu nəticə ilə sevindirməyə çalışacağıq”.
0