10 illik həsrətə son qoyuldu
01.06.2009 - 09:34
10 illik həsrətə son qoyuldu
“Bordo” 10 illik fasilədən sonra Fransa çempionu olub. Apasport.az saytının məlumatına görə, Loranın Blanın çalışdırdığı komanda qızıl medallara “Kan” ilə səfər oyunda minimal hesablı qələbə (1:0) sayəsində sahib çıxıblar.

Liderdən 3 xal geridə qalan (77 xal) gümüş medalçı “Marsel” də birbaşa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Son illərin əvəzedilməz çempionu olan “Lion” bu dəfə 3-cü yeri tutaraq, bürünc medalla kifayətlənib. Bu komanda ÇL-də mübarizəyə son təsnifat mərhələsindən başlayacaq.

Avroliqaya vəsiqəyə “Tuluza”, “Lill” və kuboku qazanan ikinci liqa təmsilçisi “Genqam” klubları yiyələnib. “Kan”, “Nant” və “Qavr” ikinci liqaya düşüb. Onları “Lans”, “Bulon” və 10 il öncə “Qarabağ” İntertoto kubokunda ikinci mərhələdə mübarizədən kənarlaşdıran “Monpelye” klubları əvəzləyəcək.

Qeyd edək ki, Fransada son mövsümün bombardiri 24 qol vuran “Tuluza”nın futbolçusu Jinyak olub.
0