Ramal Hüseynov Türkiyə Superliqasında ikinci oldu
01.06.2009 - 10:03
Ramal Hüseynov Türkiyə Superliqasında ikinci oldu
Azərbaycan milli komandasının sabiq futbolçusu Ramal Hüseynov Türkiyə çempionatlarının tarixinə düşüb. Apasport.az saytının hesablamalarına görə, 25 yaşlı yarımmüdafiəçi Superliqada oynamış 5-ci azərbaycanlı olub.

İndiyədək buna yalnız Vidadi Rzayev, Vyaçeslav Lıçkin, Rəşad Sadıqov və İlqar Qurbanov nail olmuşdusa, Ramal mövsümün son qarşılaşmasında adını bu siyahıya əlavə etdi. Çıxış etdiyi “Kocaelispor”un “Hacettepe” ilə çempionatdakı son görüşündə start heyətində meydana çıxan Hüseynov elə debüt matçında qol hesabını da açıb. O, İlqardan sonra Superliqada rəqib qapısına yol tapan ikinci azərbaycanlı futbolçu olub.

Mövsümün son turunda fərqlənən Ramalın oyunu Türkiyə mətbuatının da diqqətini cəlb edib. Yarımmüdafiəçinin 81 dəqiqə ərzində göstərdiyi ustalığı 7 balla qiymətləndirilib ki, bu da qarşılaşmada ən yüksək nəticə olub. Matçda Ramal da daxil olmaqla, yalnız 4 futbolçu buna layiq görülüb.

Qeyd edək ki, Sadıqov komandasının son oyununda meydana çıxmayıb.
0