“Neftçi”nin sabiq futbolçusu “Baltika”nı çalışdıra bilər
01.06.2009 - 10:21
“Neftçi” klubunun sabiq futbolçusu Vitali Şevçenko yenidən Rusiyada çalışa bilər. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis birinci divizionda mübarizə aparan Kalininqradın “Baltika” klubunun baş məşqçi postuna namizədlər sırasında yer alıb.
Ötən ilin dekabrından komandanı çalışdıran Zurab Sanayla müqaviləni pozan “Baltika” yeni çalışdırıcısının adını bu həftə sonu açıqlayacaq. Klubun baş direktoru Yevgeni Tivanenko hazırda namizədlərlə danışıqlar apardığını bildirib: “Haradasa çərşənbə günü Direktorlar Şuramıza bununla bağlı məruzə edəcəyəm. Həmin vaxt da qərarımız qəbul edəcəyik. Həftəsonuna kimi komandamızın yeni baş məşqçisi olacaq. Bir neçə namizədimiz var. Bunlar Şevçenko, Tkaçenko, İrxindir”.
Vaxtilə Moskva “Torpedo”sunu çalışdıran Vitali Şevçenko 60-70-ci illərdə “Neftçi”də oynayıb. Onun sonuncu iş yeri Odessanın “Çernomorets” klubunun baş məşqçi postu olub.

- "Yunayted"dən Bruno Fernandeş qərarı – Komandanın ən çox qazananı olacaq
- Acun Ilıcalıdan "Hall Siti" azarkeşlərinə transfer mesajı – 11 futbolçu ilə danışıqlar gedir
- "Arsenal" Tzolisi rəsmən açıqladı – Yunanıstanlı vingerlə 5 illik müqavilə
- "Fənərbaxça"da kütləvi istefa – Növbədənkənar seçki keçiriləcək
- Adeyemi "Barselona"da – Rəsmi
0
0