Maldini, Nedved və Fiqu futbolla vidalaşdılar
01.06.2009 - 10:47
Maldini, Nedved və Fiqu futbolla vidalaşdılar
A seriyasında sonuncu 38-ci turun oyunları məşhur futbolçuların karyeralarını bitirməsi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Milan”ın 41 yaşlı əfsanəvi italyan müdafiəçisi Paolo Maldini və “Yuventus”un 37 yaşlı çexiyalı yarımmüdafiəçisi Pavel Nedved karyeralarını başa vurublar.

Son oyunlarında kapitan sarğısını daşıyan hər iki təcrübəli futbolçu stadiondakıların alqışları altında yola salınıblar. Həmin vaxt Paololun atası, İtaliya milli komandasının sabiq baş məşqçisi Çezari Maldini və futbolçunun həyat yoldaşı, uşaqları da tribunada yer alıblar.

Daha bir futboldan gedən isə “İnter”lə çempionluq qazanan Luiş Fiqu olub. On il öncə Azərbaycan milli komandası ilə Bakıdakı rəsmi oyunun son saniyələrində vurduğu qolla yığmasını biabırçı məğlubiyyətdən (1:1) xilas edən 37 yaşlı portuqaliyalı yarımmüdafiəçi Asiyadan gələn cəlbedici təklifləri qəbul etməyib.
0