“Qalatasaray” “Qarabağ”ın potensial rəqibi oldu
01.06.2009 - 10:56
“Qalatasaray” “Qarabağ”ın potensial rəqibi oldu
Avropa Liqasında Azərbaycanı təmsil edəcək komandaların potensial rəqiblərinin siyahısı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, həftəsonu keçirilən qarşılaşmalardan sonra qitənin nüfuzuna əsasən ikinci klub turnirində oynayacaq komandaların əksəriyyətinin adı məlumdur.

Mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq “İnter” və “Simurq”un qarşılaşa biləcəyi 23 rəqibdən yalnız birinin adı bəlli deyil. Danimarka təmsilçisi istisna olmaqla, komandalarımızı sınağa çəkməyə hazır olan 22 klubun siyahısı isə hazırdır.

Bu mərhələdə 46 klubun öz aralarında münasibətlərini ayırd edəcəyi gözlənilir. Belə olan halda, ikinci səbətdə yer alacaq təmsilçilərimiz səpələnmişlərdən biri ilə üz-üzə gələcək. Potensial rəqiblərimiz arasında “Rusenborq”, “Motervell” kimi komandalar var. Elə 3 il əvvəl “Karvan”ın hər iki matçda üstələdiyi Trnava “Spartak”ı da yenidən ölkəmizə gələ bilər.

I təsnifat mərhələsi

Səpələnmişlər:
“Rusenborq” (Norveç), “Anartosis” (Kipr), “Helsinborq” (İsveç), “Motervell” (Şotlandiya), “Bney İequda” (İsrail), “Poloniya” (Varşava, Polşa), “Spartak” (Slovakiya), “Slaven” (Xorvatiya), “Rudar” (Sloveniya), “Sarayevo” (Bosniya və Herseqovina), “Haladaş” (Macarıstan), “Zimbru” (Moldova), “Sliqo Rovers” (İrlandiya), “Laxti” (Finlandiya), “Vetra” (Litva), “Dinaburq” (Latviya), “Dinamo”, “MTZ-RİPO” (hər ikisi Belarus), “Olimpi”, “Zestafoni” (Gürcüstan), “Keflavik”, “Fram” (hər ikisi İslandiya), Danimarka təmsilçisi.

Səpələnməmişlər: “Renova” (Makedoniya), “İnter”, “Simurq” (hər ikisi Azərbaycan), “Trans”, “Kalyu” (hər ikisi Estoniya), “Vlajnia”, “Dinamo” (hər ikisi Albaniya), “İrtış”, “Okjetpes” (hər ikisi Qazaxıstan), “Mika”, “Banants” (hər ikisi Ermənistan), “Llanelli”, TNS (hər ikisi Uels), “Linfild”, “Lisburn” (hər ikisi Şimali İrlandiya), “B-36 Torshavn”, “NSİ Runavik” (hər ikisi Farer adaları), “Qrevenmaher”, “Karyenq” (hər ikisi Lüksemburq), “Buduçnost”, “Sutyeska” (hər ikisi Çernoqoriya), “Valletta”, “Birkirkara” (hər ikisi Malta).

İlkin oyunların 23 qalibi ilə yanaşı, daha 57 komanda ikinci təsnifat mərhələsinə birbaşa qoşulacaq. Bunlardan isə 56-nın adı müəyyənləşib və yalnız Rumıniya klubunun adı məlum deyil. Yarışa buradan başlayacaq Ağdamın “Qarabağ” komandasının da ikinci – zəiflərin səbətində yer alacağı dəqiqdir. Düzdür, burada klubların səpələnib-səpələnməyəcəyi nisbi xarakter daşıyır. Çünki birinci təsnifat mərhələsində qeydə alınacaq nəticələr müəyyən dəyişikliklərə səbəb ola bilər. Amma mərhələnin əsas favoritlərinin adı dəyişməz qalır. Belə ki, “Qarabağ”, həmçinin mərhələ keçəcəkləri halda “İnter”lə “Simurq”u ciddi rəqiblər gözləyir.

Onlar arasında Türkiyə çempionatının uğursuzu “Qalatasaray”da var. İstanbullular reytinqinə görə mərhələnin ikinci komandası olduğundan “Qarabağ” üçün ən arzuolunmaz rəqiblərdən sayılır. Mərhələnin ən güclüsü isə “Bazel”dir. Bu iki komandayla yanaşı, Hollandiya, Belçika və Portuqaliya təmsilçiləri də çətin sınaq ola bilər.

II təsnifat mərhələsi

Səpələnmişlər:
“Bazel” (İsveçrə), “Qalatasaray” (Türkiyə), “Brondbü”, “Olborq” (hər ikisi Danimarka), “Srvena Zveada”, “Sevoyno” (hər ikisi Serbiya), “Metallurq” (Donetsk, Ukrayna), “Jilina” (Slovakiya), “Tromse” (Norveç), “Rapid” (Avstriya), “Pakuş Ferreyra” (Portuqaliya), “Breda” (Hollandiya), “Elfsborq” (İsveç), “Larisa” (Yunanıstan), “Falkirk” (Şotlandiya), “Çerno More” (Bolqarıstan), “Gent” (Belçika), “Siqma” (Çexiya), “Legiya” (Polşa), “Şturm” (Avstriya), “Dinamo” (Tiflis, Gürcüstan), “Makkabi” (Netanya, İsrail), “Omoniya“ (Kipr), “Sent Patriks”, “Derri Siti” (hər ikisi İrlandiya), “Novo Qoritsa” (Sloveniya), “Riyeka” (Xorvatiya), HİK, “Honka” (hər ikisi Finlandiya), “Rabotniçki” (Makedoniya), Rumıniya təmsilçisi və birinci mərhələnin 9 qalibi.

Digərləri: “Suduva”, “Kaunas” (hər ikisi Litva), “Skonto”, “Metallurq” (hər ikisi Latviya), “Naftan” (Belarus), “Sloboda”, “Slaviya” (hər ikisi Bosniya və Herseqovina), “Uypeşt” (Macarıstan), “Daçiya”, “İstra-Stal” (hər ikisi Moldova), “Reykyavik” (İslandiya), “Vaduts” (Lixtenşteyn), “Milano” (Makedoniya) , “Qarabağ” (Azərbaycan), “Flyanurtari” (Albaniya), “Flora” (Estoniya), “Tobol” (Qazaxıstan), “Qandzasar” (Ermənistan), “Banqor Siti” (Uels), “Differdanj” (Lüksemburq), “Kruzaders” (Şimali İrlandiya), “Torshavn” (Farer adaları), OFK (Çernoqoriya), “Santa Koloma” (Andorra), “Slima Uonderers” (Malta), “Yuvenes Doqana” (San-Marino), birinci mərhələnin 14 qalibi.

Qeyd edək ki, Avropa kuboklarının ilkin mərhələlərinin püşkatması iyunun 22-də keçiriləcək.