Kayseridə Azərbaycan bayraqları
01.06.2009 - 11:09
Kayseridə Azərbaycan bayraqları
Sabah Türkiyə və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq görüşünün keçiriləcəyi Kayseri şəhərinə dövlət bayraqlarımız gətirilib. Apasport.az saytının Kayseriyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bayraqla yanaşı, papaq və digər atributlar da artıq mənzilə yetişib.

AFFA rəhbərliyi bunları “Kadir Has” stadionunda baş tutacaq oyun zamanı yığmamızı dəstəkləyəcək azarkeşlərə paylayacaq,

Qeyd edək ki, analoji addım martın 28-də Moskvada keçirilmiş Rusiya ilə matçda da atılmışdı. Həmin vaxt Rusiya paytaxtına 800-dən çox bayraq aparılmışdı.
0