Babayevin komandası “Şaxtyor”u məğlub etdi
01.06.2009 - 11:50
Azərbaycanlı prezident Ukraynada kubok qazandı. Apasport.az saytının məlumatına görə, Oleq Babayevin prezidenti olduğu Poltavanın “Vorskla” klubu ölkə kubokunun finalında UEFA kubokunun son qalibi “Şaxtyor”u 1:0 hesabı ilə məğlub edib.
“Vorskla”nın Ukrayna kubokuna sahib çıxması Avroliqada 4-cü təsnifat mərhələsinə vəsiqə qazandırıb. Poltavalılar bu mərhələdə uğurla çıxış etsələr, qrupa vəsiqə qazanacaqlar.
Qeyd edək ki, əslən azərbaycanlı olan Oleq Babayevin atasının adı Meydandır.

0
0