Uels yığması Bakıya nə vaxt gəlir?
01.06.2009 - 11:52
Uels yığması Bakıya nə vaxt gəlir?
Dünya çempionatının iyunun 6-da keçiriləcək seçmə oyununda Azərbaycan milli komandasının rəqibi olan Uels yığmasının Bakıya gələcəyi vaxt dəqiqləşib. Apasport.az saytının məlumatına görə, britaniyalılar çərşənbə günü saat 01:30-da ölkəmizdə olacaq.

Estoniya ilə yoldaşlıq oyunundan sonra yetirmələrini qısa istirahətə buraxan baş məşqçi Con Toşak futbolçuları bu gün bir araya gətirəcək. Sabah səhər məşqinə çıxacaq Uels yığması Bakı vaxtı ilə axşam saat 8-də səfərə başlayacaq. Təxminən 5 saat yarımdan sonra ölkəmizə çatacaq uelslilər hazırlığın son 4 gününü Azərbaycanda keçirəcək.

Qeyd edək ki, Toşak zədəli futbolçuları Sem Rikkets, Çed Evans və Cek Kollisonla bağlı qəti qərarını hələ verməyib. Bu səbəbdən onların ölkəmizə gəlib-gəlməyəcəyi bilinmir.
0