İspaniya milli komandası Azərbaycanla oyuna itkilərlə çıxacaq
01.06.2009 - 11:54
İspaniya milli komandası Azərbaycanla oyuna itkilərlə çıxacaq
İyunun 9-da Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək İspaniya yığması Bakıya itkilərlə gələcək. Apasport.az saytının məlumatına görə, CAR-da təşkil olunacaq Konfederasiyalar Kubokuna hazırlıq məqsədilə son qarşılaşmasına ölkəmizdə çıxacaq Avropa çempionun zədəli oyunçularının sayı artıb.

Hələ heyəti açıqlamayan baş məşqçi Visente del Boske həmin oyunçuların durumunun hansı vəziyyətdə olmasını gözləyir. Belə ki, Çempionlar Liqasının final oyununda zədəsini təzələyən Andres İnyestaya daha iki futbolçu qoşulub. Yarımmüdafiəçinin “Barselona”dakı komanda yoldaşı Herard Pike İspaniya çempionatının son turunun “Deportivo” ilə görüşündə zədələnərək sıradan çıxıb. “Vilyarreal”ın braziliyalı milliləşən yarımmüdafiəçisi Markus Senna da son turda ciddi xəsarət alıb.

Qeyd edək ki, yığmaya sonradan cəlb olunan Pikedən fərqli, İnyesta və Senna ötən ilin yayında Avropa çempionu adını qazanıb.
0