UEFA “İnter” və “Simurq” üzərində eksperiment aparacaq
01.06.2009 - 12:14
UEFA bu ildən Avropa Liqası adlanacaq UEFA kubokunda daha bir yenilik edəcək. Apasport.az saytının məlumatına görə, bu yarışın qarşılaşmalarını 4 yox, 6 hakim idarə edəcək. Hakimlər briqadasına qoşulacaq cütlüyün əsas vəzifəsi mübahisəli hallarda topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirmək olacaq.
Bu, daha çox eksperiment xarakteri daşıyır. FİFA və UEFA arasında məsləhətləşmələrdən sonra yeniliyin yüksək səviyyədə də sınanması haqda razılıq əldə olunduğundan, Avropa Liqasında 6 hakim iş naşında olacaq. Əvvəllər aşağı yaş qruplarından olan komandaların oyunlarında sınaqdan çıxarılan yenilikdə Azərbaycan klublarının da rolu olacaq.
Belə ki, Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk görüşləri futbol tarixinə 6 hakimli ilk avrokubok oyunları kimi düşəcək. İyulun 2-də həmin qarşılaşmalarda iki Azərbaycan təmsilçisi – “İnter”lə “Simurq” da oynayacağından, onlar “ilk”in şəriklərindən olacaq. Ölkəmizdəki oyunların saat etibarilə avropadakından tez başlamağı isə təmsilçilərimizdən ilk görüşünü evdə keçirənin mütləq birinci olmasına da şərait yarada bilər. Bu baş verərsə, avrokuboklar tarixində 6 hakimin meydana çıxdığı ilk matç Bakıda gerçəkləşəcək.
Eksperimentini “İnter”lə “Simurq”un mübarizəyə qoşulacağı birinci təsnifat mərhələsindən başlayan UEFA mövsümün sonunadək 6 hakimliliyi tətbiq edəcək. Digər təmsilçimiz “Qarabağ” isə eksperimentə Premyer Liqanın mükafatçılarından gec qoşulacaq.

0
0