“Real” Kakanı 60 milyon avroya aldı
01.06.2009 - 12:28
“Real” Kakanı 60 milyon avroya aldı
Məşhur braziliyalı futbolçu Kaka yeni mövsümdən Madrid “Real”ında oynayacaq. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Kral klubu” son illərdə “Milan”da forma geyinən 27 yaşlı hücumameylli yarımmüdafiəçini 60 milyon avroya transfer edib. Tərəflər arasında ilkin razılıq hələ mayın 16-da imzalanmışdı. “Real”la 5 illik müqavilə bağlayan Kaka ildə 9 milyon avro qazanacaq.

“Milan”la çoxsaylı titullar qazanan Kaka Braziliya milli komandasının heyətində dünya çempionu olub, 2007-ci ildə isə həm dünyanın, həm də Avropanın ən yaxşı futbolçusu seçilib.
0