Adriano qayıdışını qolla qeyd etdi
01.06.2009 - 12:35
Adriano qayıdışını qolla qeyd etdi
Braziliya milli komandasının futbolçusu Adriano “Flamenqo”nun heyətində ilk oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, İtaliyanın “İnter” klubunun sabiq hücumçusu yeni komandasındakı debütünü qolla qeyd edib.

27 yaşlı futbolçu “Flamenqo”nun “Atletiko Paranaense” ilə matçında rəqib qapısına yol tapıb. Bu qarşılaşmada Adrianonun komandası 2:1 hesabı ilə qalib gəlib.
0