“Mançester Yunayted”in hücumçusu Azərbaycana qol vura bilməyəcək
01.06.2009 - 13:00
“Mançester Yunayted”in hücumçusu Azərbaycana qol vura bilməyəcək
İyunun 8-də keçiriləcək yoldaşlıq oyununda Azərbaycan milli komandası ilə qarşılaşacaq İngiltərə yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, 21 yaşlılardan ibarət komandaların qarşılaşması ərəfəsində britaniyalılar iki futbolçusunu itirib.

Avropa çempionatının İsveçdə keçiriləcək final mərhələsinə hazırlaşan və bu məqsədlə yığmamızla oynayacaq İngiltərənin baş məşqçisi Stüart Pirs zədələnən iki oyunçunu heyətdən çıxarmağa məcbur olub. Mütəxəssis “Mançester Yunayted”in hücumçusu Denni Uelbek və “Midlsbro”nun müdafiəçisi Endryu Teylorun xidmətindən məhrum olub. Pirs adları həm İsveçə yollanacaq, həm də yığmamıza qarşı oyuna dəvət olunan “23-lük”dən çıxarılan oyunçuları kiminlə əvəzləmək haqda qərarını hələ verməyib.
0