Mübariz Mənsimova “Beşiktaş”ın I vitse-prezidenti postu təklif edildi
01.06.2009 - 13:22
Mübariz Mənsimova “Beşiktaş”ın I vitse-prezidenti postu təklif edildi
“Beşiktaş” klubunun prezidenti Yıldırım Dəmirörənin inanılmaz qərara imza atacağı gözlənilir. Apasport.az saytının lent.az-a istinadən verdiyi məlumata görə, hələ klub çempion olmazdan əvvəl o, “çempion olsaq, klubun növbədənkənar iclasını - konqresini keçirəcəyik” – deyib.

Mövsümü iki kubokla bitirən klubun 2010-cu ilin yanvar ayında keçirilməli olan konqresin (söhbət klubun ali orqanlarına keçirilməli olan seçkilərdən gedir) tezləşdirilməsinin səbəbləri var. Belə ki, seçki indi keçirilsə, Dəmirörən prezidentlik müddətini daha 2 il uzadacaq. Bununla yanaşı, 2013-cə ildə keçiriləcək seçkidə o, klub üzvlərinin qarşısına təmir-tikinti işləri başa çatmış “İnönü” stadionu ilə çıxacaq.

Bundan başqa, Dəmirörən hazırda rəhbərlikdə fəaliyyət göstərən 3-4 adamla yollarını ayırmağı, və kubok oyununa görə mükafat verən azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovu I vitse-prezident etmək istədiyi bildirilir. Ancaq Mənsimovun bunu heç də isti qarşılamadığı, I vitse-prezident postuna sahibi olduğu şirkətlərdən birinin baş direktorunu təklif etdiyi deyilir.
0