Ançelotti rəsmən “Çelsi”də
01.06.2009 - 13:53
Ançelotti rəsmən “Çelsi”də
“Milan” klubunun sabiq baş məşqçisi Karlo Ançelottinin yeni mövsümdən İngiltərənin “Çelsi” komandasını çalışdıracağı rəsmiləşib. Apasport.az saytının məlumatına görə London təmsilçisi yeni baş məşqçisinin Ançelotti olacağını rəsmən açıqlayıb.

50 yaşlı italiyalı mütəxəssis artıq “Çelsi” ilə üç illik müqavilə bağlayıb və yeni işinin icrasına iyulun 1-dən başlayacaq. Son illərdə “Milan”ı çalışdıran Ançelotti iki dəfə bu komandanı Çempionlar Liqasının qalibi edib.

Qeyd edək ki, Ançelottinin sələfi olan holland mütəxəssis Qus Hiddink “Çelsi” ilə İngiltərə kubokunu qazanmaqla ayrılıb.
0