2550 funt sterlinqlik siqar çəkən məşqçi Bakıya gələcək
01.06.2009 - 13:59
2550 funt sterlinqlik siqar çəkən məşqçi Bakıya gələcək
Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının baş məşqçisi Qus Hiddink cəzalandırıla bilər. Apasport.az saytının məlumatına görə, eyni zamanda İngiltərənin “Çelsi” klubunu çalışdıran hollandiyalı mütəxəssisi bu postdan ayrılmaqla yanaşı, 2550 funt sterlinq xərcə düşmək gözləyir.

Belə ki, o londonluların “Everton”la matçı zamanı siqar çəkib. İngiltərə kubokunun məşhur “Uembli” stadionunda keçirilən final matçından sonra soyunub-geyinmə otağında çəkilən siqar Hiddinkin başını hələ də ağrıdır. Buna Böyük Britaniya qanunvericiliyi səbəb ola bilər. Birləşmiş krallığın qanunlarına əsasən, ictimai yerlərdə və iş yerlərində siqar və siqaret çəkmək qadağandır. Buna görə Hiddinki 50 funt sterlinq cəza gözləyir. İngiltərə Futbol Assosiasiyası öz növbəsində mütəxəssisə cəza vermək niyyətindədir. Daha sərt olan qurumun çalışdırıcını 2500 funt məbləğində cərimələyəcək. Bu isə bir siqarın ümumilikdə 2550 funt sterlinqə başa gəlməsi deməkdir.

Qeyd edək ki, dünya çempionatının oktyabrın 14-də keçiriləcək Azərbaycan və Rusiya yığmalarının seçmə oyunu zamanı Hiddink Bakıya gələcək.
0