Rəşad Sadıqov dördüncü imiş
01.06.2009 - 23:00
Rəşad Sadıqov dördüncü imiş
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov Türkiyənin “Kocaelispor” klubunun dördüncü oyunçusu olub. Apasport.az saytının hesablamalarına görə, 27 yaşlı müdafiəçi 2008/09 mövsümündə çıxış etdiyi İzmit təmsilçisinin heyətində ən çox dəqiqə keçirən 4 futbolçudan biri olub.

Keçirdiyi matçların sayına görə bir çox komanda yoldaşından geri qalmasına baxmayaraq, oynadığı görüşlərdə əvəzedilməz olması Rəşadın önə keçməyinə səbəb olub. Çempionatın 16 qarşılaşmasında üst-üstə 1440 dəqiqə mübarizə aparan futbolçumuz bu göstəricidə yalnız Taner Gülləri, Murat Hacıoğlu və Sərdar Kulbilgədən geri qalıb.

Rəşadın hesabında həm də iki sarı vərəqə var. “Kocaelispor”dakı digər təmsilçimiz Ramal Hüseynov isə komandasının rekordçusudur. Cəmi 1 görüşdə 81 dəqiqə meydanda olan 25 yaşlı yarımmüdafiəçimizin orta məhsuldarlığı İzmit təmsilçisində hamıdan yüksək olub. Kocaelililərin heç bir oyunçusu orta hesabla hər 81 dəqiqəyə bir qol vurmayıb.
0