“İnşallah, Uelslə oyunda 3 xal bizim olacaq”
01.06.2009 - 15:14
“İnşallah, Uelslə oyunda 3 xal bizim olacaq”
“Türkiyə yığmasına qarşı yoldaşlıq görüşünün hazırlığı yaxşı gedir. Amma bundan 4 gün sonra Uelslə daha vacib oyunumuz var. İnanıram ki, Bakıya yaxşı nəticə ilə dönəcəyik”. Apasport.az saytının Kayseriyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov deyib.

O, iyunun 2-də Türkiyə, ayın 9-da isə İspaniya ilə yoldaşlıq görüşlərinin tam fərqli olduğunu söyləyib: “Bunların hər ikisi qeyri-rəsmi matçdır. Lakin rəqib prizmasından yanaşdıqda, Türkiyə və İspaniya arasında böyük fərq var”.

Cavadov bildirib ki, iyunun 6-da dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Uelsə qalib gəlmək lazımdır: “Uelsin heyətində 2-3 aparıcı futbolçular oynama da, onlar fiziki cəhətdən güclüdürlər. Hər halda, biz qələbə qazanmağa çalışacağıq. İnşallah, 3 xal bizim olacaq”.
0