Azərbaycan yığmasının ilk rəqibi Portuqaliya olacaq
01.06.2009 - 15:28
Azərbaycan yığmasının ilk rəqibi Portuqaliya olacaq
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının oyunlarının təqvimi müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, iyunun 7-dən 14-dək İspaniyanın Kastelyon şəhərində keçiriləcək dünya çempionatının seçmə mərhələ oyunlarında iştirak edəcək yığmamızın ilk rəqibi Portuqaliya olacaq. Ayın 7-də bu komanda ilə görüşəcək futbolçularımız ertəsi Almaniya ilə qarşılaşacaq. Qrup mərhələsinin iyunun 9-da keçiriləcək son görüşündə isə futbolçularımız Avstriya ilə üz-üzə gələcək.
0