Berti Foqts: Türkiyə ilə oyunda risk etməyəcəyəm
01.06.2009 - 15:41
İyunun 2-də Türkiyə yığması ilə qüvvəsini sınayacaq Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün mətbuat konfransı keçirib. Kayserinin “Hilton” otelində keçirilmiş tədbirdə apasport.az saytının bu şəhərə ezam olunmuş xüsusi müxbiri də iştirak edib.
- Öncə Türkiyə komandası ilə oyunun hazırlığı barədə məlumat verərdiniz.
- Türkiyədə toplanış keçmək üçün bizə bütün şərait yaradıldığına görə çox şadıq. Çox gözəl iş şəraitimiz var. Burada insanlar qonaqpərvərdirlər. Özümüzü evdəki kimi hiss edirik.
- Yığmanın düşərgəsində hər hansısa zədəli oyunçu var?
- Bir neçə zədəli futbolçu var. Çünki ölkə çempionatı az öncə başa çatıb. Buna görə də sabah Türkiyə ilə oyunda risk etməyəcəyəm. Hazır olmayan futbolçulara şans verməyəcəyəm.
- Almaniya yığması və digər böyük komandaları çalışdırmısınız. Bəs nəyə görə Azərbaycana üstünlük verdiniz?
- Gözəl sualdır. Mənim Azərbaycanda missiyam var. Bunu həyata keçirməliyəm. İnsanlarla söhbətlər aparmışam. Azərbaycanda futbolu inkişaf etdirmək üçün vaxt lazımdır. Bir il məşq edib, nəticə qazanmaq qeyri-mümkündür. Yığmada bir neçə yaşlı futbolçu ilə vidalaşmışıq. Onların yerini cavanlar tutub. Milli komanda 3-4 ilə məqsədinə çatacaq. İndi Azərbaycan yığmasında əcnəbilər forma geyinirlər. Bu, yaxşı hal deyil. Azərbaycanda elə klublar var ki, orada 11 legioner oynayır. Yerli futbolçular isə öz klublarında start heyətdən kənarda qalırlar. Biz artıq fiziki cəhətdən Azərbaycan yığmasında 30 faizdən çox inkişafa nail olmuşuq. Taktiki cəhətdən də irəliləyiş var. Bu, təkcə əsas yığma yox, U-21-də hiss olunmaqdadır. Sözsüz ki, biz gələcək üçün işləyirik.
- Rəqib haqda nə deyə bilərsiniz?
- Ötən il Avstriya və İsveçrədə keçirilmiş Avropa çempionatında Türkiyə yığmasının oyunlarına baxdım. Bu komandaya böyük kompliment söyləmək istəyirəm. Özlərini Avropa çempionatında çox yaxşı göstərdilər. Onlar alman futbolunu daha yaxşı oynayırlar, nəinki almanlar öz futbollarını... Türklər hesabda geri qalsalar da, vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırlar.
- Türkiyə yığması Azərbaycanla oyunun hazırlığına cəmi 2 məşqlə hazırlaşır. Bu amilin bizə köməyi dəyə bilərmi? Ümumiyyətlə, rəqibin zəif nöqtələri hansılardır?
- Mən zəif yerlər barədə heç vaxt danışmıram. Türkiyə çempionatı 2 gün əvvəl bitib. Türk futbolçular yaxşı formadadırlar. Onların bizimlə görüşə xüsusi hazırlaşmasına gərək yoxdur.
- Türkiyəyə və iyunun 6-da Uelsə qarşı keçirəcəyimiz oyunların start heyətləri arasında fərq olacaq?
- Bəli, olacaq.

0
0