Rəşad Sadıqov türklərə tərcüməçilik etdi - FOTO
01.06.2009 - 16:05
Rəşad Sadıqov türklərə tərcüməçilik etdi - FOTO
Bu gün Azərbaycan yığmasının iki futbolçusu – Rəşad Sadıqov və Vaqif Cavadovun Kayseridə keçirdiyi mətbuat konfransında maraqlı olay yaşanıb. Apasport.az saytının Kayseriyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Türkiyə ilə yoldaşlıq görüşünə həsr edilən tədbirdə Rəşad tərcüməçi funksiyasını yerinə yetirib.

Əvvəlcə, Sadıqov suallara cavab verib. Türkcə səlis danışan kapitan yerli jurnalistləri çətinliyə salmayıb. Rəşadın türkcəni yaxşı bilməsi onun qardaş ölkədə təxminən 2 il yaşaması və oynaması ilə əlaqədardır. O, vaxtilə “Kayserispor”un şərəfini qoruyub. Hazırda isə “Kocaelspor”da çıxış edir.

Mətbuat konfransında Sadıqovdan sonra danışan Vaqif Cavadovun sözlərini isə türk jurnalistlər başa düşməyiblər. Hərçənd, Vaqif azərbaycanca danışıb. Amma KİV nümayəndələrini bunu anlamayıblar. Belə olan halda, Rəşad onların köməyinə çatıb və Vaqifin sözlərini türkcəyə tərcümə edib.
0