“Marka”nın iddiası: “Real”ı Pelleqrini çalışdıracaq
01.06.2009 - 16:29
“Marka”nın iddiası: “Real”ı Pelleqrini çalışdıracaq
İspaniyanın “Real” klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisini Manuel Pelleqrini çalışdıracaq. İspaniyanın məşhur “Marka” qəzeti tərəflər arasında iki illik müqavilənin imzalandığını iddia edir.

Həmkarlarımız mütəxəssisin təqdimat mərasiminin yaxın günlərdə keçiriləcəyini bildirir. Pelleqrini ilə anlaşma prezident postuna qayıdan Florentino Peresin ilk addımı kimi dəyərləndirilir.

Qeyd edək ki, son 5 ildə “Vilyarreal”a rəhbərlik edən çilili çalışdırıcı bu klubun tarixində ən yüksək nəticələrə imza atıb. 55 yaşlı baş məşqçi 3 il əvvəl komandasını Çempionlar Liqasının yarımfinalına, ötən il isə İspaniya çempionatının gümüş medalına daşıyıb.
0