Milli komandaya 12 futbolçu çağırılıb
01.06.2009 - 17:27
Milli komandaya 12 futbolçu çağırılıb
Azərbaycan milli komandasının heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, dünya çempionatının seçmə mərhələsinə qatılacaq çimərlik futbolu üzrə yığmamıza 12 oyunçu çağırılıb.

Komandanın baş məşqçisi Emil Cabbarov iyunun 7-dən 14-dək İspaniyanın Kastelyon şəhərində keçiriləcək seçmə oyunlarında Elşad Quliyev, İlham Əzizzadə, Elvin Quliyev, Hikmət Bağırov, Müslüm Hüseynov, Emin Kürdov, Vaqif Şirinbəyov, Elnur Əhmədov, Sahib Məmmədov, Asif Zeynalov, Namiq Məmmədkərimov və Rizvan Fərzəliyevə etimad göstərəcək.

Qeyd edək ki, millimiz Portuqaliya, Almaniya və Avstriya ilə eyni qrupda yarışacaq..
0