Türkiyə - Azərbaycan matçına bütün biletlər satılıb
01.06.2009 - 18:26
Türkiyə - Azərbaycan matçına bütün biletlər satılıb
Sabah Kayseridə Türkiyə və Azərbaycan milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq görüşünə 31 min bilet satılıb. Bu barədə apasport.az saytının Kayseriyə ezam olunmuş xüsusi müxbirinə açıqlamasında oyunun keçiriləcəyi “Kadir Has” stadionunun direktoru Osman Kayaalp məlumat verib.

O, satışa çıxarılan bütün biletlərin satıldığını bildirib. Onun sözlərinə görə, stadionda azərbaycanlı azarkeşlərə 250 yer ayrılıb.

Qeyd edək ki, Türkiyə - Azərbaycan görüşünə biletlərin qiymətləri 2, 5 və 10 lirə (təxminən 1; 2,5 və 5 manat) idi.
0