Subaşiç və Sokolov zədəlidir
01.06.2009 - 18:40
Subaşiç və Sokolov zədəlidir
Azərbaycan milli komandasının iki futbolçusu Branimir Subaşiç və Sergey Sokolov zədəlidir. Apasport.az saytının Kayseriyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, adıçəkilən oyunçular Türkiyə yığması ilə sabah keçiriləcək matça son hazırlıq məşqində komandadan ayrı çalışıblar.

“Kadir Has” stadionunda baş tutan məşqdə Subaşiç və Sokolov yalnız yüngül qaçışla kifayətləniblər. Onların türklərə qarşı forma geyinib-geyinməyəckləri bilinmir.
0