Sergey Sokolov milli komandamızdan uzaqlaşdırılır
01.06.2009 - 19:51
Sergey Sokolov milli komandamızdan uzaqlaşdırılır
Müdafiəçi Sergey Sokolov Azərbaycan yığmasından uzaqlaşdırılır. Apasport.az saytının Kayseriyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bunu milli komandamızın baş məşqçisi Berti Foqts deyib.

“Sokolov “Simurq”un heyətində son oyununda ayaq nahiyəsindən zədələnib. Ayın 3-də o, yığmanın düşərgəsindən ayrılacaq” - deyə Foqts vurğulayıb.

Zədə ucbatından futbolçu sabah Türkiyə ilə yoldaşlıq görüşünü də buraxacaq. Digər zədəli Branimir Subaşiç isə hələ düşərgədə qalacaq.

Foqts Sokolovun əvəzinə yığmaya əlavə futbolçu çağırmayacağını bildirib. Almaniyalı çalışdırıcı vurğulayıb ki, milli komandamız iyunun 6-da Bakıda dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uelsə qarşı keçiriləcək matça 23 oyunçu ilə hazırlaşacaq.
0