Zinəddin Zidan “Real”a qayıtdı
02.06.2009 - 09:30
Zinəddin Zidan “Real”a qayıtdı
Əfsanəvi Zinəddin Zidan İspaniyanın “Real” klubuna qayıdıb. Apasport.az saytının məlumatına görə, Fransa yığmasının və “Kral klubu”nun sabiq futbolçusu Madrid təmsilçisində prezidentin müşaviri olacaq.

Yenidən prezident postuna qayıdan və bir neçə il əvvəl yaratdığı “Qalaktikos”a bənzər ulduz toplusunu qurmağa söz verən Florentino Peres 2001-ci ildə “Yuventus”dan “Real”a transfer etdiyi Zidana klub funksioneri kimi ehtiyac duyub. Ötən əsrin 80-ci illərində komandada çıxış edən argentinalı Xorxe Valdano isə madridlilərin baş direktoru təyin olunub.

Qeyd edək ki, Peres baş məşqçi postuna gətirəcəyini açıqladığı Manuel Pelleqrinin də təyinatını rəsmiləşdirib. Artıq çilili mütəxəssisin təqdimat mərasimi də keçirilib.
0