Luis Araqones rəsmən qovuldu!
02.06.2009 - 09:40
Luis Araqones rəsmən qovuldu!
Türkiyənin “Fənərbaxça” klubu baş məşqçisi Luis Araqoneslə rəsmən yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, ötən il İspaniya milli komandasını Avropa çempionu etdikdən sonra İstanbul təmsilçisinə keçən mütəxəssis Türkiyədə cəmi bir mövsüm çalışa bilib. Komandanın mövsümü titulsuz bitirməsinin ardından klub rəhbərliyi Araqonesə qapını göstərib. İspaniyalının yerinə namizədlər sırasında Luis Felipe Skolari və Kristof Daumun adları göstərilir.

Qeyd edək ki, “Fənərbaxça” Araqonesin rəhbərliyi altında ölkə çempionatında 4-cü yeri tutmaqla yanaşı, Türkiyə kubokunun finalında da uduzub. Çempionlar Liqasında isə qrup sonuncusu olan istanbullular heç UEFA kubokuna da vəsiqə qazana bilməmişdi.
0