“Simurq” “Barselona”ya oxşamaq istəyir
02.06.2009 - 09:54
“Simurq” “Barselona”ya oxşamaq istəyir
Zaqatalanın “Simurq” klubu yeni mövsümdə geyinəcəyi yeni oyun formalarının rəngləri və dizaynını müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Azərbaycanı Avropa Liqasında təmsil edəcək Premyer Liqanın bürünc mükafatçısı yenə də doğma rənglərindən - ağ, sarı, qaradan istifadə etsə də, müəyyən dəyişiklikləri zəruri sayıb.

Ukraynalı mütəxəssis Roman Pokoranın yetirmələrinin ev oyunlarında geyinəcəyi formanın rəngində ciddi fərq olmayacaq. Yenə ağ köynək və ağ getrə üstünlük verəcək “Simurq” tünd göy şortla yenilik edəcək. Amma səfər dəstini klubun azarkeşlərinə sürpriz də adlandırmaq olar. Zaqatalalılar səfər oyunlarında sarı-açıq firuzəyi rəngə çalan köynəkdə və həmişəki kimi qara şort və getrlə meydana çıxacaq.

Bununla da Pokoranın yetirmələri adlı-sanlı komandalara oxşayacaq. Belə ki, bu rəngli formanı ötən mövsüm səfər oyunları zamanı "Çelsi"nin, bir neçə il öncə isə "Barselona"nın əynində görmək olardı. “Simurq”un ehtiyat forma isə tünd göy rəngdədir.
0