Azərbaycanlı futbolçu Rusiyada rekord vurdu
02.06.2009 - 10:32
Azərbaycanlı futbolçu Rusiyada rekord vurdu
Azərbaycanlı futbolçu Aleksandr Səmədov Rusiyada rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, “Moskva” klubunda oynayan 26 yaşlı yarımmüdafiəçi Premyer Liqada “Krılya Sovetov” ilə səfər görüşdə uzaq məsafədən gözəl qol vurub.

Cari mövsümdə hələ heç bir futbolçu uzaqdan rəqib qapısına belə qol vura bilməyib. Maraqlısı isə odur ki, Səmədov bu rekorda özü də istəmədən nail olub. Hər halda, Aleksandr qapıya zərbə vurmaq fikrində olmağını etiraf edib: “Əlbəttə ki, bu, qapıya zərbə yox, hava ötürməsi idi. Məgər belə məsafədən qapıya zərbə vururlar? Sadəcə, hər şey uğurlu alındı, bəxtim gətirdi. Axı komanda yoldaşım Yepuryanu da fərqlənə bilərdi. Ötürmə elə məhz ona ünvanlanmışdı. O, “Krılya Sovetov”un qapısı ağzında tək dayanmışdı və topa lap azca çatmadı. Biz standard vəziyyətlər üzərində çox işləyirik. Hərçənd, belə vəziyyətdə hər oyunda qol vurmaq olmur. Allaha şükür ki, Samarada bu, alındı”.

Qeyd edək ki, vaxtilə milli komandamıza cəlb edilən Səmədov atası Gəncəlidir. O, Rusiya millisində çıxış etməyi Azərbaycandan üstün tutsa da, əsas yığmada oynamayıb.
0