İngiltərə yığması Azərbaycanla oyuna daha iki oyunçu çağırdı
02.06.2009 - 10:51
İngiltərə yığması Azərbaycanla oyuna daha iki oyunçu çağırdı
İngiltərənin 21 yaşlılardan ibarət milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, iyunun 8-də Azərbaycanın gənclərdən ibarət yığması ilə qarşılaşma ərəfəsində britaniyalıların düşərgəsinə daha iki oyunçu cəlb olunub. Baş məşqçi Stüart Pirs “Tottenhem”in yarımmüdafiəçisi Denni Rouz və “Meanvill”in müdafiəçisi Riçard Stermeni məcburiyyətdən yığmaya çağırıb. Onlar zədə üzündən komandadan kənar qalan Stiven Teylor və Denni Uelbeki əvəzləməlidirlər.

Qeyd edək ki, İngiltərə yığması Azərbaycanla oyunda da Avropa çempionatının final mərhələsinə aparacağı 23 futbolçunun xidmətindən yararlanacaq.
0