Futbolçularımız Fransada çempion oldular
02.06.2009 - 11:21
Bakının “İnter” klubu Fransada beynəlxalq turnirin qalibi olub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin 1993/94-cü il təvəllüdlülərdən ibarət komandası Lil şəhərində təşkil olunan turniri məğlubiyyətsiz başa vurub.
Finalda meydan sahibləri, daha dəqiq desək, İSTR komandası ilə görüşən “İnter” 2:1 hesablı qələbə qazanıb. Komandamızdan qolları Əbülfəz Hüseynli və penalti zərbəsi ilə Fərid Səmədzadə vurub. Təşkilatçılar Fərdi Ağayevi turnirin ən yaxşı qapıçısı, Ramil Mansurovu isə bombardiri nominasiyasında mükafata layiq görüb.
Qeyd edək ki, ötən ilin mayında keçirilmiş turnirə "İnter"in 1992/93-cü il təvəllüdlü futbolçularından ibarət komandası bürünc medal qazanıb.

- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
0
0