Kristof Daum “Fənərbaxça”ya qayıdır
02.06.2009 - 11:40
Kristof Daum “Fənərbaxça”ya qayıdır
“Fənərbaxça” rəhbərliyi Kristof Daumu baş məşqçi postuna qaytarır. Apasport.az saytının məlumatına görə, 56 yaşlı alman mütəxəssis son iki ildə vətənində çalışdırdığı “Köln”lə müqaviləsinin müddətini artırmayıb.

“Fənərbaxça” vaxtilə ona çempionluq qazandıran Daumun razılığını alıb. Qolf həvəskarı olan Daum Malyorkada sevimli məşğuliyyəti ilə məşğul olduğu zaman keçmiş komandası ilə anlaşıb. “Köln”ü qabaqlamaq istəyən “Fənərbaxça” istəyinə çatıb. Belə ki, Daum sabiq klubundan təklif almasaydı, “Köln” ilə anlaşmasının uzadacaqmış. Bundesliqa təmsilçisinin də bu məsələ heç bir açıqlama verməməyi də alman mütəxəssisin “Fənərbaxça”ya qayıdışı ehtimalını artırıb. İstanbul klubu İspaniya yığmasını ötən yay Avropa çempionu edən 70 yaşlı mütəxəssis Luis Araqonesi qovandan sonra baş məşqçisi axtarışındadır.
0