Arda Turan: Azərbaycan bizim üçün qardaş ölkə olsa da...
02.06.2009 - 11:51
Arda Turan: Azərbaycan bizim üçün qardaş ölkə olsa da...
“Türkiyə Superliqası yenicə başa çatıb. Futbolçuların hamısı ağır mövsümdən sonra çox yorğundurlar. Baş məşqçimiz Fatih Terim də bunu nəzərə alır və bizi çox yormur”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə milli komandasının futbolçusu Arda Turan deyib.

“Qalatasaray”da oynayan 22 yaşlı yarımmüdafiəçi Azərbaycanla bu gün Kayseri şəhərində baş tutacaq yoldaşlıq görüşü haqda fikrilərini bildirib: “Fikrimcə, oyunda böyük anşlaq olacaq. Mən həm özümə, həm də azarkeşlərimizə güvənirəm. Bilirəm ki, onlar da bizdən gözəl futbol tələb edəcəklər. Əgər məşqçi mənə şans versə, bütün gücümlə onun tapşırığını yerinə yetirməyə çalışacağam. Düşünürəm ki, əvvəlkindən pis formada deyiləm. Buna görə də tənqidləri kənara qoymaq lazımdır”.

Ardanın fikrincə, Türkiyə millisinin ilk dəfə Kayseridə oynaması da onları qələbəyə kökləyib: “Yığmamız bu şəhərdə ilk rəsmi matçını oynadığından, fikrimizi qələbəyə yönəltmişik. Qarşındakı rəqibdən asılı olmayaraq, həmişə yaxşı nəticə qazanmağa çalışmalısan. Əgər matç yoldaşlıq xarakteri daşıyırsa, bu o demək deyil ki, oyun heç-heçə başa çatacaq. Biz meydana yalnız qələbə üçün çıxacağıq, heç-heçədən söhbət belə gedə bilməz. Baxmayaraq ki, Azərbaycan bizim üçün qardaş ölkədir”.
0