Qudyonsen Türkiyədən təklif alıb
02.06.2009 - 12:19
Qudyonsen Türkiyədən təklif alıb
İslandiya milli komandasının ən məşhur futbolçusu Eydur Qudyonsen Türkiyə klublarından təklif alıb. Apasport.az saytının məlumatına görə, hazırda İspaniyanın “Barselona” komandası ilə yollarını ayırmaqda olan 29 yaşlı hücumçunun atası oğlunun gələcək perspektivinə tam aydınlıq gəlmədiyini açıqlayıb. Onun sözlərinə əsasən Eydurun Fransadan təklif alması şayiədir: “Biz İngiltərə, Türkiyə, Yunanıstan və Rusiya klubları ilə danışıqlar aparırıq. “Lion”, “Marsel” və “Bordo”dan isə hər hansı bir təklif yoxdur. Lakin onlar belə bir təkliflə müraciət edərsə bunu da götür-qoy etməyə hazırıq”.
Qeyd edək ki, ata-Qudyonsen həm də oğlunun agentidir.
0