Türkiyə - Azərbaycan oyununa giriş pulsuz olacaq
02.06.2009 - 14:06
Türkiyə - Azərbaycan oyununa giriş pulsuz olacaq
Türkiyə və Azərbaycanın 21 yaşlılardan ibarət yığmaları ilə sabahkı yoldaşlıq görüşünə giriş pulsuz olacaq. Apasport.az saytının məlumatına görə, İstanbulda keçiriləcək oyuna bilet satılmamağı daha məqsədəuyğun sayılıb. Onsuz da U-21-lərin görüşü əsas yığmadan az maraq doğurduğundan, təşkilatçılar girişi pulsuz etməklə azarkeşləri stadiona cəlb etməyə çalışır.

Milli komandaların bugünkü oyununa isə bilet satışı təşkil olunsa da, qiymətlər çox münasibdir. Təsadüfi deyil ki, Kayseri şəhərində keçiriləcək yoldaşlıq görüşünə ən bahalı biletin qiyməti 5, ən ucuz bilet 1 manatdır.

Qeyd edək ki, Türkiyə ilə Azərbaycanın U-21-lərin oyununu yerli hakimlər idarə edəcək. Süleyman Abaya Sədat Etik, Gökmən Olgac və Murat Esenlik yardımçı olacaq. Bakı vaxtı ilə 22:00-da başlayacaq görüşü TRT-3 canlı yayımlayacaq.
0