Türkiyə ilə oyunda Azərbaycan yığmasını neçə azarkeş dəstəkləyəcək?
02.06.2009 - 14:19
Türkiyə ilə oyunda Azərbaycan yığmasını neçə azarkeş dəstəkləyəcək?
Türkiyə və Azərbaycan milli komandaları arasında bu gün keçiriləcək yoldaşlıq görüşünü izləmək üçün 127 azarkeş Kayseri şəhərinə yollanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, bu sayda azarkeş “Azercell”in təşkil etdiyi xüsusi təyyarə reysi ilə bu gün səfərə çıxıb. “Kadir Has” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da ANS-lə canlı yayımlanacaq. “Azercell” həmin görüşün canlı yayımını sponsorudur. Milli komandamız oyundan sonra vətənə “Azercell”in təşkil etdiyi xüsusi təyyarə reysi ilə qayıdacaq.
0