Mübariz Mənsimov “Beşiktaş”a rədd cavabı verdi
02.06.2009 - 14:50
Mübariz Mənsimov “Beşiktaş”a rədd cavabı verdi
“Xəzər-Lənkəran”ın sahibi Mübariz Mənsimov “Beşiktaş”dan aldığı təklifə rədd cavabı verib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Palmali” Şirkətlər Qrupunun başçısı İstanbul təmsilçisində vitse-prezident postunu tutmaqdan imtina edib.

Qeyd edək ki, Türkiyə mətbuatı “Beşiktaş”ın prezidenti Yıldırım Dəmirörən hazırda rəhbərlikdə fəaliyyət göstərən 3-4 adamla yollarını ayırmağı, və kubok oyununa görə mükafat verən azərbaycanlı iş adamının I vitse-prezident etmək istədiyini yazmışdı. Amma Mənsimov görünür, bu komandada ikinci şəxs olmaq istəməyib.
0