Georgi Adamiya “Bakı”nı hansı kluba dəyişmək istəyir?
02.06.2009 - 15:54
Georgi Adamiya “Bakı”nı hansı kluba dəyişmək istəyir?
“Georgi Adamiya bizdən vaxt istəyib. İndi onun cavabını gözləyirik”. Bunu apasport.az saytına açıqlamasında “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov deyib.

Qış fasiləsində “Neftçi”dən “Bakı”ya keçən Georgi Adamiya ikinci çempionluğunu qazandığı komandanı tərk etmək haqda düşünür. Paytaxtın eyni adlı təmsilçisi ilə müqaviləsi bitən 28 yaşlı gürcü hücumçu karyerasını Avropada davam etdirmək istəyir. Ancaq son Azərbaycan çempionu qısa müddətdə heyətini komplektləşdirməli olduğu üçün Adamiyadan qəti cavab almalıdır. Elə Məmmədov da futbolçudan tezliklə cavab gözləyir: “Yeni mövsümə hazırlıq məqsədilə iyunun 9-da bir araya gələcəyik. Həmin vaxt Adamiya da komandamızın sıralarında olacaq. O, 9-da Bakıya gələrək, hazırlıqda iştirak edəcək. Georgi klub karyerasına tam aydınlıq gətirmək üçün bizdən vaxt istədi və bunun müraciətini müsbət cavabladıq. Adamiya iyunun 20-dək bizə qəti cavab verməlidir”.

“Bakı”nın vitse-prezidenti onlara edilən əcnəbi çoxsaylı təkliflər arasında seçim etmədiklərini söyləyib: “Hansısa yeni legionerlə müqavilə bağlamamışıq. Ancaq bizə dünyanın müxtəlif yerlərindən xeyli yaxşı əcnəbi futbolçu təklif olunub. Bunlar arasında olan Ukrayna milli komandasının yarımmüdafiəçisi Oleq Şelayevlə də hələ ki anlaşmamışıq. O, təcrübəli futbolçudur, hazırda sərbəstdir. Şelayev tanınan həmyerlisi Anatoli Timoşuk kimi dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir, səviyyəli oyunçudur”.