Yoahim Löv Bakıya məhdud heyət gətirəcək
02.06.2009 - 23:09
Yoahim Löv Bakıya məhdud heyət gətirəcək
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv Bakıya geniş heyət gətirməyəcək. Apasport.az saytının məlumatına görə, avqustun 12-də Azərbaycanla rəsmi oyun keçirəcək 48 yaşlı mütəxəssis heyətlə bağlı siyasətini dəyişib.

“Avropa çempionatı öncəsi milli komandaya namizədlərlə bağlı kifayət qədər geniş heyətimiz vardı. Daha belə olmayacaq. İndi biz yığmaya cəlb olunan futbolçularımızın sayını ciddi şəkildə məhdudlaşdırmaq istəyirik. Turnirin final mərhələsində və ondan sonra bel bağladığımız futbolçulardan istifadə etmək istəyirik. Namizədlərin sayı daim ixtisar olunmalıdır. Avropa çempionatından öncə bəzən yüz faiz inanmadığımız futbolçuları dəvət edirdiksə, daha belə olmayacaq” – deyə Löv bildirib.

Qeyd edək ki, Almaniya cari seçmə mərhələdə növbəti oyununu məhz milli komandamıza qarşı keçirəcək. Yığmamız bundestimlə səfər görüşünü sentyabrın 9-da Hannover şəhərində keçirəcək.
0