“Standard”ın futbolçusu: Van Dam mənə meymun dedi
02.06.2009 - 16:13
“Standard”ın futbolçusu: Van Dam mənə meymun dedi
Belçikanın “Standard” klubunun futbolçusu Oquçi Onyevu məhkəməyə düşüb. Apasport.az saytının məlumatına görə, ABŞ milli komandasının müdafiəçisi üzləşdiyi irqçilikdən şikayət edib.

O, “Anderlext”in oyunçusu Yel Van Damdan narazıdır. Amerikalı futbolçunun sözlərinə görə, Belçika çempionatının pley-off seriyasının oyunundan sonra Van Dam onun xətrinə dəyib. Belə ki, vaxtilə Belçika yığmasının heyətində Bakıya gələn futbolçu rəqibinə “çirkin meymun” deyib. Məhkəməyə müraciət edən Onyevu ABŞ yığmasının heyətində Konfederasiyalar Kubokuna hazırlaşdığından, onu vəkili təmsil edəcək.

Qeyd edək ki, Van Dam 2008-ci il Avropa çempionatının seçmə mərhələsinin 2007-ci il noyabrın 21-də keçirilən Azərbaycan – Belçika matçında 90 dəqiqə meydanda olub.