Almaniyada futbolçu qalmayıb
02.06.2009 - 16:27
Almaniyada futbolçu qalmayıb
Almaniya çempionatının ən yaxşılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, aparılan sorğunun nəticələri milli komandanın baş məşqçisi Yoahim Lövü məyus edib. Buna Bundesliqanın ən yaxşı 5 futbolçusu arasında yerli oyunçunun yer almamağı səbəb olub.

Dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Almaniya millisinin ilk “beşlik”də bir təmsilçisi var. Lakin bu da milliləşən braziliyalı Qomesdir. Ümumilikdə isə “Volfsburq”un tarixində ilk çempionluğunda böyük rolu olan bombardirlər – Zeko və Qrafite ilk iki pillənin sahibi olub. Bundesliqanın üçüncü ən yaxşı oyunçusu isə artıq “Verder”i tərk edən Dieqo olub.

İlk “beşlik”də “Ştutqart”lı Qomes və daha bir ölkə çempionu Misimoviç yer alıb. Ən yaxşı qapıçı adını isə “Hannover”in və Almaniya yığmasının futbolçusu Robert Enke qazanıb. Müvafiq olaraq 25,8 və 18,9 faiz səslə birinci olan Zeko və Enkedən fərqli, ən yaxşı məşqçinin üstünlüyü daha böyük olub. Belə ki, “Volfsburq”un çempion edən və sonradan “Şalke”yə keçən Feliks Maqat ümumi səslərin yarıdan çoxunu – 54,9 faizini toplayıb.