Azərbaycan – İspaniya matçı Az.TV-də!
02.06.2009 - 16:31
Azərbaycan – İspaniya matçı Az.TV-də!
Azərbaycan və İspaniya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu Az.TV-də canlı yayımlanacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, iyunun 9-da saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək yoxlama matçı müqaviləyə uyğun olaraq, “Azercell”in sponsorluğu ilə yayımlanacaq.

AFFA ilə Azercell arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində ölkəmizdə futbolun kütləviliyinin artırılmasına, təbliğinin gücləndirilməsinə Azercell tərəfindən dəstək verilir.
0