“Qalatasaray” əkiz futbolçular alır
02.06.2009 - 17:22
“Qalatasaray” əkiz futbolçular alır
“Qalatasaray” rəsmiləri əkiz futbolçuları almaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, uzun müddətdir Almaniyada top qovan Türkiyə yığmasının üzvləri – Xəlil və Hamit Altıntop qardaşları “Cim-Bom”un hədəfindədir.

“Sevilya”nın malili hücumçusu Frederik Kanutenin transferini reallaşdıran İstanbul nəhəngi daha bir ön xətt oyunçusu - Xəlillə hər məsələdə anlaşıb. Ümit Karan – Şabani Nonda hücum dueti ilə yolunu davam etdirmək fikrində olmayan komanda yeni forvardları heyətində cəlb edir.

Qapıçı, son müdafiəçi, dayaq yarımmüdafiəçisi mövqelərinə də futbolçu axtaran “Qalatasaray” vəsiqə qazandığı Avropa Liqasında mübarizəyə təmsilçimiz kimi iyulun 16-da startı veriləcək ikinci təsnifat mərhələsində başlayacaq. İyunun 20-də yeni mövsümə hazırlığa başlayacaq “Cim Bom” Xəlillə bağlı onun forma geyindiyi “Şalke-04”ün yeni baş məşqçisi Feliks Maqatın son sözünü gözləyir.

“Qalatasaray”a dayaq yarımmüdafiəçisi kimi yararlı ola bilən Hamit bildirib ki, qardaşı ilə bərabər oynamağa hazırdır: “Müqavilə ilə bağlı olduğum “Bavariya” rəsmilərilə təzminat məsələsini həll etmək lazımdır”.

Qeyd edək ki, Xəlil və Həmit Almaniyada doğulub, boya başa çatıb.
0