“Bakı”nın müqavilə bağlamaq istədiyi futbolçu müəyyənləşdi
02.06.2009 - 23:42
“Bakı”nın müqavilə bağlamaq istədiyi futbolçu müəyyənləşdi
“Bakı” Mahmud Qurbanovu yeni mövsümdə də heyətində görməkdə maraqlıdır. Klubun vitse-prezidenti Zeynal Məmmədov apasport.az saytına açıqlamasında təcrübəli futbolçu ilə yeni müqavilə imzalayacaqlarını bildirib.

36 yaşlı yarımmüdafiəçi qış fasiləsində “İnter”dən “Bakı”ya keçərək, bu klubla qızıl medal qazandı. Artıq 10 dəfə Azərbaycan çempionu olan Qurbanov bu göstəricidə rekordçudur. “Bakı”nın anlaşması bitən Mahmudla bir illik yeni müqavilə imzalayacağı gözlənilir.

Komandanın baş məşqçisi Qyoko Hacıyevski hələ yığmamızda da rəhbərliyi altında oynadığı Qurbanovla yanaşı, 4 yerli futbolçunu transferi ilə bağlı rəhbərliyə müraciət edib. “Bakı”nın vitse-prezidenti hələ ki ad açıqlamağı məqsədəuyğun saymır: “Bunu onların müqavilələri olduğu üçün edirik. Razılığa gəlsək, anlaşma imzalayıb, keçidi reallaşdıracağıq. Baş məşqçimizin istəyi ilə gənc, istedadlı futbolçuları transfer etməyimiz mümkündür”.

Qeyd edək ki, Hacıyevski gözaltı etdiyi futbolçuların adlarını qiymətinin qalxmamağı üçün açıqlamır.
0