Milli komandamıza prezident dəstəyi
02.06.2009 - 17:27
Milli komandamıza prezident dəstəyi
Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununu AFFA-nın prezidenti Rövnəq Abdullayev də izləyəcək. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, qurumun rəhbəri bu gün Bakı vaxtı ilə saat 22:00-da “Kadir Has” stadionunda keçiriləcək oyunu izləmək üçün Türkiyəyə yola düşüb. Bu məqsədlə Abdullayev matçın keçiriləcəyi Kayseri şəhərinə gedib.
0