Azərbaycanlı futbolçu “Fənərbaxça”dan qovuldu
02.06.2009 - 18:01
Azərbaycanlı futbolçu “Fənərbaxça”dan qovuldu
Mövsümlərarası fasilədə “Fənərbaxça”dan qovulan ilk futbolçunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, əslən azərbaycanlı olan Gökhan Əmrəciksinin “Fənərbaxça” macərası cəmi 6 ay sürüb.

Polisin sərxoş halda yaxaladığı gənc futbolçu gecə həyatına qurşanıb. Bunun davamlı olduğunu görən “Fənərbaxça”nın prezidenti Əzizi Yıldırım Gökhanı saxlamağı lazım bilməyərək, onun qovulmasına qərar verib. Rəhbərliyə “göndərin getsin” təlimatını verən Yıldırımın sözlərinə görə, futbolçu artıq özünə yeni klub tapmalıdır. Əsas heyətə düşə bilməyən digər gənc futbolçular İlhan Parlaq və Burak Yılmaz özlərinə yeni klub tapmaq istəyirlər.

Qeyd edək ki, Gökhan Türkiyənin İqdır vilayətindəndir.
0