Dünyanın ən bahalı futbolçusu Vyetnamda oynayacaq
02.06.2009 - 18:17
Dünyanın ən bahalı futbolçusu Vyetnamda oynayacaq
2002-ci ildə Braziliya milli komandasının heyətində dünya çempionu olan Denilson karyerasını Vyetnamda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 31 yaşlı braziliyalı yarımmüdafiəçi bu ölkənin “Xayfon” klubu ilə rəsmi müqavilə imzalayıb. Çıxış etdiyi milli çempionatında 14 komanda arasında 6-cı yerdə gedən komanda Denilsona ayda 50-60 min dollar məbləğində məvacib ödəməyə razılıq verib.

Solaxay olan Denilson dünya futbolunda daha çox rekordu ilə tanınır. Belə ki, 1998-ci ilin yayında İspaniya “Betis”i onun transferinə görə Braziliyanın “San-Paulu” klubuna 50 milyon dollar ödəmişdi. Bununla da Denilson həmin vaxt dünyanın ən bahalı futbolçusu oldu.
0